Divane Dunyasi
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.shair.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Sayt xəbərləri Əlaqə
 
 
Ən çox oxunanlar
» Mənim!... səni yazan əllərim ö ...
» ***
» Ürəyimin proqnozu
 
 
Media Player

 
 
 
 
 Divane Dunyasi
 


 Məhəbbət şerləri : Ürəyimin proqnozu



Hava buludludur kövrəlib göyü
Bu gün yağış yağacaq yamacına çölünə
Titrəyəcək sənsiz...
Yol boyu sıralı agacların qolu budağı,
Küləkli günlərdən qoru özünü
Bu gün müsbət "iki"-dir ümüdlərin ocağı
Xəyalın yuxular seyrinə çixsa
De ki...
Çətirə sığınıb baxsın dənizə


 
 Məhəbbət şerləri : ***




Yollara yol deyib necə səslənim?!
Sən adlı ünvana yox bircə cığır...
Zamana sınacaq deyilki ürək,
Yığır taleyimdən günləri yığır

Qaranlıq! hər ümüd sonu qaranlıq!
Qar kimi əriyən ömrü bir anlıq
Nə qədər üzüldü qopmadı ürək
Niyə uzaq düşdük uzaq yarandıq...


 
 Məhəbbət şerləri : Mənim!... səni yazan əllərim öldü



Bir axşam son deyib, son oldu sanma
Mənim!... səni yazan əllərim öldü
Daha bu yoxluqda dinmeyecem bil!
Mənim!... səni yazan əllərim öldü

Cox güman eylərdim, gümansız qaldım
Yolsuzluq içindən yolumu saldım
Yandım öz içimdə, dünyamda yandım
Mənim!... səni yazan əllərim öldü

Qəfəsdən qurtulub qanad al göyə
Azadlıq! azadlıq! sən deyə, deyə
Sevən bu ürəkdən onu verməyə
Mənim!... səni yazan əllərim öldü


 
 Divanə haqqında : Ürəyimi yar incidir



Cəllad olub xatirəsi
Ürəyimi yar incidir
Hicraniyla nədir bəhsi
Ürəyimi yar incidir

Gecə yatır mən yatmıram
Yoxlugunu aldatmıram
Niyə ona heç catmıram
Ürəyimi yar incidir

Sevinirəm hey görəndə
Söhbətimi o böləndə
Ağlayarmı mən öləndə?!
Ürəyimi yar incidir


 
 Məhəbbət şerləri : Mənim əsl sevgilim



Sevən ürəyimə gülümsəyən göz
O yanan günəştək sönə bilərsən
Bir gecə beynimdən havalar keçsə
Kiçilib aciztək ölə bilərsən
Mənim əsl sevgilim
Qaranlıq künclərin qəmində gizli
Saralmış vərəqlər üstündə bilsən
Adı min yerdən qırmızı izli
Onun hər tərəfdən baxışı baxır
Axır, ürəyimə həsrəti axır



 
 Məhəbbət şerləri : Özgə ürək!



Sevgi üçün zirvəsindən aşan günəm
Daha birdə yanılmaram özgə ürək!
Yüz min ümüd hücum çəksə ürəyimə
Biləsənki alınmaram özgə ürək!

Ömür nədir? məhəbbətsiz düşün, düşün...
Necə məni oda atdı özü bütün,
Həm özü də yaşadacaq hər keçən gün
Unutmaz ki, danılmaram özgə ürək!


 
 Dəniz düşüncələr : Sənin adın sevgiydi


Mən baharın həsrətini qəlbimdə, soyuq rüzgarları əlimdə , Sene doğru ümüd ilə gələndə.... Düşündüm... Qəm olacam tənhalığa Güldüm bir az. İrəli yolları işıqlı gördüm və sən... gözlərimdən yağanda ürəyimə nə qədər sevmişdim mən payızı və onda o həmin anda ürək qəmi dananda... Sənin adın sevgiydi

Yuxu kimi gəlmədi yuxu olan bu zaman...Bir an oldu demərəm Bir gün oldu demərəm. Sən qədər ola bildi və sən qədər yaşadı sən qədər yaşayacaq...Gecələr anlara dönüb gedəndə... ümüd dolu qəlbimlə bu dünyaya güləndə...Hər yolda sən varsan hər yolun sonu səndə... düşünəndə
Sənin adın sevgiydi...


 
 Məhəbbət şerləri : Ən gözəl qəmim





Yıxılıb qalxmağa öyrənib ömür
Zəfəri ümüddən iraq görmüşəm
Ehh...Daha bundan da, o tərəfə nə?
Mən səni sevmişəm özüm bilmişəm
Sən mənim gərəyim, ömür həmdəmim
Həm qüssəm,
Həm dərdim,
Ən gözəl qəmim!


Sən də bilirsənki bu həsrət mənim
Viranə bəxtimin əcəl günüdür...
Səni yandırmağa gəlmədi əlim
Çırıb ürəyimə səpmək də olmur
Yığıb sətirlərə düzür qələmim
Məbədim!
Məhvərim!
Ən gözəl qəmim!


 
 Məhəbbət şerləri : Xəyalım


Ləçəklər sehrinə bürünər səhər
Meh olub köksünə düşər Xəyalım
Nitqimi küləklər ərz eyləməsin
Bir incik baxışla süzər Xəyalım


Vəsfini bu gecə bir ürək deyir
Namələr üstündə titrəyir əli
Çiçəklər ətrindən lətafət geyir
Dil açıb sözlərdə dinər Xəyalım


O bahar vaxtının təravətidir
Bir ömür bəxşişi səadətidir
Səxavət məhəbbət xoş adətidir
Laləzar günlərdən gülər Xəyalım


 
 Məhəbbət şerləri : Səni borclu deyildim


Səni borclu deyildim
Bir anın vidasına
Qoruyub saxlamışdım səsini ürəyimdə
Necə qıya bilmişdin özgənin sədasına
Səni borclu deyildim...
Yagış gəldi apardı
Tufan oldu qopardı
Səni borclu deyildim
Başqasını tapardı...
Bu həsrətin qisməti ...
Coşur hiddəti qəlbin
Gəl ey sevgi əmanəti
Səni borclu deyildim...

 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
пїЅ Bakı - 26 iyul 2009 Designed by Rehmanzade
Bütün hüquqları qorunur və Rəhmanzadəyə məxsusdur